Eks-spiker Rəsul Quliyevin bacısı koronavirusdan dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə "Unikal.org" xəbər yayıb. Bildirilib ki, 80-dən artıq yaşı olan Ceyran xanım səhhətində yaranmış narahatlıqdan sonra COVİD-19 testindən keçib və nəticə pozitiv çıxıb.
Həkimlərin və yaxınlarının səylərinə baxmayaraq, C.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.