Mərhum xalq artisti Teymur Mustafayevin oğlu Seymur Mustafayev də koronavirusa yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə S. Mustafayevin yaxınları KİV-ə məlumat veriblər. Onlar bildiriblər ki, xalq artistinin oğlu hazırda müalicə alır.
Xatırladaq ki, xalq artisti Teymur Mustafayev iyunun 11-də vəfat edib. TƏBİB-dən onun koronavirusdan vəfat etdiyi bildirilsə də, ailəsi sənətkarın şəkərli diabetdən öldüyünü demişdi.