Azərbaycanda prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlərin davamı olaraq yeni təyinatlar olub.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.
Məlumatda daha sonra qeyd edilib ki, kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar bundan sonra da davam etdiriləcəkdir.