Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə həkim, travmatoloq Ayaz Fərzəliyev özünün "Facebook" hesabında status paylaşıb.
Həkim virus epidemiyasına inanmayanlara belə çağırış edib: "İnanmayanlar üçün deyim.Məndə də koronavirus testi pozitiv çıxdı. Özünüzü, ən əsası evdə 40 yaşdan yuxarı kimsə varsa, qoruyun! Bu virus heç bir əlamət olmadan ağ ciyərləri məhv edir".