logo

Prokurorluq Gəncədəki ölüm hadisəsilə bağlı məlumat yaydı

10:45 22-06-2020 | icon 2205
Prokurorluq Gəncədəki ölüm hadisəsilə bağlı məlumat yaydı

İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilir ki,dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.