logo

Suraxanıda qardaş qardaşı öldürdü

09:59 22-06-2020 | icon 2240
Suraxanıda qardaş qardaşı öldürdü

İyunun 21-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1968-ci il təvəllüdlü Teyyub Ramazanovun üzərində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olub.

Suraxanı rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilir ki, məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qardaşı 1976-cı il təvəllüdlü Teymur Ramazanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 T.Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

 Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.