logo

Müstəqim Məmmədov də koronavirusa yoluxdu

19:44 20-06-2020 | icon 2268
Müstəqim Məmmədov də koronavirusa yoluxdu

Tərtər rayon İcra Hakimiyyətinin(RİH) başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.

 YeniAvropa xəbər verir ki, bu barədə RİH-dən məlumat verilib.Bildirilib ki, cra başçısının koronavirus testi pozitiv çıxıb.

Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir. 

Qeyd edək ki, bu gün Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxduğu məlum olub.

Xatırladaq ki, bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib.