logo

Sabiq nazirin xanımı koronavirusa yoluxdu, vəziyyəti ağırdır

20:57 20-06-2020 | icon 2268
Sabiq nazirin xanımı koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun həyat yoldaşı İradə Ələkbərovaya "COVİD-19" diaqnozu qoyulub.

 YeniAvropa xəbər verir ki, “İmproteks Qrup” şirkətinin rəhbəri olan İradə Ələkbərovanın koronavirusa gözəllik salonunda yoluxduğu ehtimal edilir.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, “İmproteks Qrup” 1992-ci ildən fəaliyyətə başlayıb və Azərbaycanın ilk özəl şirkətlərindən biri hesab edilir. Fizuli Ələkbərov nazir olmazdan öncə, 1992-2006-cı illərdə «İmproteks» şirkətlər rrupunun prezidenti olub. Nazir tətyin edildikdən sonra şirkətin başına xanımı keçib.