Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlunun nəzarətsiz ərazidə dənizdə batması barədə məlumat daxil olub.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y.Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.