logo

Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

18:20 20-06-2020 | icon 2268
Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 471 yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 min 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib. Aktiv xəstə sayı 5574 nəfərdir.

Ötən müddət ərzində 417 min 102 test aparılıb. Bugünkü test sayı isə 6627-dir.