Samux rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev məlumat verib.
Onun sözlərinə görə icra başçısının müavini gecə saatlarında vəfat edib.
"Edilən müalicələrə baxmayaraq, Qəzənfər Əliyev gecə saat 01:45-də dünyasını dəyişdi",-deyə baş həkim bildirib.