“Gün ərzində 1 rəqəmindən istifadə edən şəxs həmin gün 2 rəqəmindən də istifadə edə bilər”.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev məlumat verib.
Onu sözlərinə görə vətəndaşlar bundan sui-istifadə etməməlidirlər: “Bu sistemin arxasında analitik təhlil dayanır və qısa müddətdə müəyyən edə bilirik ki, bu şəxs bu xidmətdən sui-istifadə edir. Həmin şəxs barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bu gün karantin rejimi sərtləşdirilirsə, bu, bizim davranışımızdan asılıdır”.