logo

TƏBİB-in mətbuat katibinin anası da koronavirusa yoluxdu

16:08 19-06-2020 | icon 2548
TƏBİB-in mətbuat katibinin anası da koronavirusa yoluxdu

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevanın anası koronavirusa yoluxub.

 YeniAvropa xəbər verir ki, bu barədə Rəvanə Əliyeva özü məlumat verib.Bildirib ki, anasından götürülmüş COVİD-19 testinin cavabı müsbət çıxıb.

R.Əliyeva anasının artıq xəstəxanaya yerləşdirildiyini və  müalicə olunduğunu bildirib.  “Son vaxtlar ailəmlə yaxın kontaktım olmayıb. Digər ailə üzvlərimizdən də koronavirus testi götürülüb”,-deyə TƏBİB rəsmisi vurğulayıb.