logo

Qarşıdakı sərt karantin günlərində hansı qadağalar olacaq?

23:15 18-06-2020 | icon 2212
Qarşıdakı sərt karantin günlərində hansı qadağalar olacaq?

Qarşıdakı iki həftəlik sərt karantin rejiminin şərtləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Qurum rəsmisi bildirib ki, şərtlərə SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxmanın tətbiq olunması, dövlət və özəl təşkilatlarda məhdudiyyətlər - yəni, müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, bərbərxana, gözəllik salonları və kosmetik xidmətlər, o cümlədən bu xidmətlərin müştərilərin evində və digər məkanlarda xidmətlərin dayandırılması, müzey və sərgi zallarının fəaliyyətinin dayandırılması daxildir. 

Bundan başqa, malların satışı və xidmətlərinin göstərilməsi ilə istisnalar nəzərə alınmaqla məhdudiyyətlər tətbiqi, eləcə də açıq havada idman oyunları da qadağandır.

Eyni zamanda, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq bərpa üzrə xidmətlər (tibbi xidmətlər istisna), mədəniyyət obyektləri, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti də məhdudiyyətə daxildir. Otellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər də qadağandır.

Dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərin təşkili, tədbirlərin təşkili üzrə xidmətlər, təhsil müəssələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdə artıq qrupda cəmləşməklə bağlı qadağalar qüvvədə qalır.