logo

Koronavirusa qarşı “Deksametazon” qəbul edilməsi təhlükəlidir-TƏBİB

22:09 18-06-2020 | icon 5089
Koronavirusa qarşı “Deksametazon” qəbul edilməsi təhlükəlidir-TƏBİB

“Deksametazon” dərmanı yalnız ağır xəstələrin müalicəsində istifadə edilir. Bu dərmandan istifadə yeni deyil.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

Onun sözlərinə görə, bu virusa yoluxmuş və xəstəliyi yüngül keçirən şəxslər üçün həmin dərmanı özbaşına qəbul etmək təhlükəlidir.

Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə həmin dərmandan nəzarətsiz istifadə etməyin ağır xəstələrin sayını artıra biləcəyini söyləyib: “Bu gün apteklərdə “Deksametazon”un tükənməsi xəbərini aldıq. Bu, yolverilməzdir və xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər”.