Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6100 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 400 mini keçib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə aktiv xəstə sayı 4998 nəfərdir. Xəstələrdən 157 nəfəri reanimasiyadadır, onlardan da 30-u süni tənəffüs aparatına qoşulub.