Azərbaycanda koronavirus infeksiyasına daha 338 yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında bildirilib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 11 min 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib. Aktiv xəstə sayı 4998 nəfərdir.