“Özünü qoru, çevrəni xilas et” devizi ilə Media Hərəkatı yaradılıb
Koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, vəziyyətin ciddiliyinin vətəndaşlar tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın təşəbbüsü ilə “Özünü qoru, çevrəni xilas et” devizi ilə Media Hərəkatı yaradılıb.
YeniAvropa xəbər verir ki, həmin hərəkata qoşulan media təmsilçiləri və jurnalistlər virusa yoluxmanın qarşısının alınması üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəklər.
İradə İbrahimovanın sözlərinə görə, hərəkata qoşulan kütləvi informasiya vasitələrinin nümayəndələrinin çağırışları bütün xalqa ünvanlanıb: “Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə, qoyulan tələblərə ciddi riayət edin.
Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, virusa yoluxan xəstələrin yaşamaq uğrunda mübarizə apardığının şahidi oluruq. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin vəziyyətdə hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın. Bir daha vətəndaşlarımızı məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz vətəndaş məsuliyyəti nümayiş etdirməsək, özümüzü və yaxınlarımızı qorumasaq, bu xəstəlik daha uzun müddət davam edəcək. Xəstəlik qapımızı döyməmiş, doğmalarımıza yoluxmamış, sevdiklərimizi bizdən ayırmamış milli birlik və həmrəylik nümayiş etdirərək ona qalib gələk”.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq