logo

Paytaxtda 2 nəfərdən 11 kq narkotik vasitə götürülüb

15:21 18-06-2020 | icon 2163
Paytaxtda 2 nəfərdən 11 kq narkotik vasitə götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri M.Xalıqovdan 1 kiloqram 25 qram heroin, 500,171 qram metamfetamin və E.Nəbiyevdən 50,375 qram heroin götürülüb. E.Nəbiyevin Maştağa qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə 3 kiloqram 75 qram heroin, 5 kiloqram 10 qram marixuana və 1 kiloqram 80 qram metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.