logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

23:32 17-06-2020 | icon 2296
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 5700 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 397 min 399-a çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) məlumat verilib.

Xatırladaq ki, iyunun 17-də Azərbaycanda koronavirus infeksiyasına daha 329 yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 10 min 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib. Aktiv xəstə sayı 4783 nəfərdir. Xəstələrdən 146 nəfəri reanimasiyadadır ki, onlardan da 29-u süni tənəffüs cihazına qoşulub.