logo

Məhkəmə müflis elan etdiyi "Lider TV"yə  əmlak inzibatçısı təyin edib

12:33 17-06-2020 | icon 2107
Məhkəmə müflis elan etdiyi "Lider TV"yə  əmlak inzibatçısı təyin edib

İyunun 16-da Bakı Kommersiya Məhkəməsi Rabitə Nazirliyinin "Peyk Rabitəsi" İB-nin "Lidert TV və Radio - Azərbaycan" MMC-yə qarşı iddiasını təmin edərək, teleşirkəti müflis elan edib.

YeniAvropa xəbər verir ki, məhkəmənin qərarı ilə  "Teleradio" İB-nin texniki direktoru Mikayıl Abbasov "LiderTV"yə əmlak inzibatçısı təyin edib.

Xatırladaq ki, "Lider TV" 2000-ci ildən fəaliyyətə başlayıb. Şirkətin sahibi Azərbaycan prezidenti İlham Əliyevin əmisi nəvəsi Ədalət Əliyevdir.

Son illər şirkətin ciddi maliyyə çətinlikləri yaranıb və şirkət əməkdaşlarının maaşları ödənilməməyə başlayıb. Bundan başqa, şirkət Rabitə Nazirliyinin qurumlarına yerüstü və peyk yayımına görə ödəniş edə bilməyib və böyük məbləğdə borcu yaranıb.

Qeyd edək ki, telekanal rəhbərliyi indiyədək müflisləşmənin səbəbi haqqında heç bir açıqlama verməyib.