Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) muxbir üzvü Ziyafəddin Əsədov koronavirusa yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə AMEA-dan bildirilib. Qeyd edilib ki, akademik Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib. Vəziyyəti ağırdır.
Xatırladaq ki, Ziyafəddin Əsədovun iyunun 19-da 70 yaşı tamam olacaq. O, 2014-cü ildən AMEA-nın müxbir üzvü, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Səthi-aktiv reagentlər və preparatlar” laboratoriyasının müdiri , eləcə də Xəzər Universitəsi kimya kafedrasının müdiridir.