logo

Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik yoxdur

10:10 17-06-2020 | icon 2100
Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik yoxdur

"Ötən gün və gecə ərzində əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib”.

 YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib. Onun sözlərinə görə, Bəhramın vəziyyəti sabit ağır olaraq qalır: "Analizlərin, qan qazlarının və başqa həyati mühüm olan göstəricilərdə tibbi dəyişiklik baş verməyib. Müalicəsi ilə bağlı bütün lazımi təyinatlar yerinə yetirilir”.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.
 
Qeyd edək ki, B.Bağırzadənin müalicəsi birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
 
Məlumat üçün bildirək ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.