logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

22:52 16-06-2020 | icon 2149
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 4 min 801 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 391 min 699-a çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Xatırladaq ki, iyunun 16-da Azərbaycanda koronavirus infeksiyasına daha 338 yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 10 min 662 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 5 min 948 nəfəri müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 min 588 nəfərdir. Xəstələrdən 133 nəfəri reanimasiyadadır ki, onlardan da 29-u süni tənəffüs cihazına qoşulub.