Azərbaycanda koronavirus infeksiyasına daha 338 yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 10 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib. Aktiv xəstə sayı 4588 nəfərdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 391 min 699 test aparılıb.