Bakıda narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin başqa cinayət törətdiyi də ortaya çıxıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, E.Allahverdiyevin ətrafında Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Onun rayon ərazisində bir evdən kombi aparatı, bir avtomobildən maqnitofon, S.Kərimovun velosipedini və Ə.Kazımovun mobil telefonunu oğurlaması da müəyyən edilib.