logo

Hadı Rəcəbli "kompensasiya" aldı-oğlu energetika nazirinin müşaviridir

15:49 15-06-2020 | icon 3150
Hadı Rəcəbli "kompensasiya" aldı-oğlu energetika nazirinin müşaviridir

Son seçkidə mandatsız qalan Hadı Rəcəblinin kompensasiyası verilib. Keçmiş deputatın oğlu Vüsal Rəcəbli energetika nazirinin müşaviri təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün "Facebook" hesabında paylaşıb.Onun sözlərinə görə, Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva Vüsal Rəcəblinin bir neçı gün bundan əvvəl nazirin müşaviri təyin edilməsi xəbərini təsdiq edib. 

Xatırladaq ki, Hadı Rəcəbli növbəti dəfə 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Seçki prosesindəHadı Rəcəblinin xeyrinə total saxtakarlığa yol verildiyi üçün MSK 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edib.