İyunun 14-də Abşeron rayon sakini C.İbrahimov “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanıb. Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 kombi, suqızdırıcı, 3 maqnitofon, monitor, 4 mobil telefon, mətbəx bıçağı aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.