2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən dənizçilərdən daha ikisinin meyiti tapılıb.
YeniAvropa xəbər verir ki, bu barədə "axar.az" özəl mənbəyə istinadla məlumat yayıb.Bildirilir ki, bu meyitlər də ötəndəfəki kimi, dənizdə 190 metr dərinlikdə aşkarlanıb.Hazırda meyitlərin dərinlikdən çıxarılması üçün tədbirlər həyata keçirilir.
Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb. Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.
Ötən ay itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.
Hazırda tapılan meyitlərin də tanınan vəziyyətdə olduğu iddia edilir.