logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

23:42 13-06-2020 | icon 2219
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Ötən gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7505 test aparılıb. Keçən müddət ərzində aparılan testlərin ümumi sayı 375 min 759-a çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Xatırladaq ki, iyunun 13-də Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 9 min 5 yüz 70 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5 min 3 yüz 9 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xəstələrdən 130 nəfəri reanimasiyadadır ki, onlardan da 23-ü süni tənəffüs cihazına qoşulub.