logo

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həbslər başladı

22:19 13-06-2020 | icon 2149
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həbslər başladı

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

YeniAvropa xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib ki, ƏƏSMN-nin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsində keçirilmiş daxili audit nəticəsində aşkar olunan qanun pozuntularına hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

Müraciət əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib. Əməliyyat tədbirləri nəticəsində ƏƏSMN-nin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər - Elçin Ələkbərov saxlanılıblar.

Onlar işlərində ciddi nöqsanlara yol verməkdə və vətəndaşlara saxta yolla ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.

DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.