logo

Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklər bəlli oldu

20:59 13-06-2020 | icon 2555
Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklər bəlli oldu

Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin siyahısı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  koronavirusinfo.az saytı məlumat yayıb.

Xəbər verildiyi kimi, iyunun 14-i saat 00:00-dan iyun 16-i saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 və *7700 “Qaynar xətt”inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.

Bundan əlavə, siyahıda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunmadığı rayon və şəhərlər üzrə də onlayn apteklər mövcuddur.