Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır.
YeniAvropa xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, iyulun 7-dən sonrakı tarixlər üçün Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.
Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Qeyd edək ki, iyulun 7-dək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.
Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar iyunun 18-dən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.