logo

DİN vətəndaşlardan karantin qaydalarına riayət etməyi xahiş etdi

14:20 13-06-2020 | icon 2289
DİN vətəndaşlardan karantin qaydalarına riayət etməyi xahiş etdi

Daxili İşlər Nazirliyi (DİN) Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində tətbiq ediləcək sərtləşdirilmiş xüsusi karantin rejimi ilə bağlı əhaliyə müraciət edib.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə bildirilib: “Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına xidmət edən həmin məhdudiyyət tədbirlərini hər zaman anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən DİN-in əməkdaşlarının və hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə dərin təşəkkürümüzü yetirir və hamınızı 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Eyni zamanda, özünüzün, yaxınlarınızın və digər şəxslərin sağlamlığına zərər yetirməmək üçün сəmi iki gün davam edəсək özünütəcrid qaydalarına сiddi riayət olunmasını xahiş edirik.

Təxirəsalınmaz məsələlərin həlli ilə əlaqədar Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və “Qaynar xətti”nə ((012) 590-80-20) müraсiət edə bilərsiniz.

İnanırıq ki, vətəndaşlarımız bu dəfə də böyük təmkin və səbir nümayiş etdirəсək”.