logo

Sinoptiklərdən xəbərdarlıq: "40° istidə ssaat 17:00-dək küçəyə çıxmayın"

10:32 13-06-2020 | icon 2380
Sinoptiklərdən xəbərdarlıq: "40° istidə ssaat 17:00-dək küçəyə çıxmayın"

Baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında hədsiz isti günlərin sayının artmasıdır. Sinoptiklərin xəbərdarlığına görə, yaxın iki gün ərzində - iyunun 13-14-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 40°-dək, Aran bölgəsində isə 42°-dək yüksələcəyi gözlənilir. Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir.

 YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, gündüz saatlarında günvurma və istivurma təhlükəsi bir qədər də artır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür: “Ona görə də vacib olmadığı halda, günəş şüalarının daha aktiv olduğu saatlarda, yəni saat 11:00-dan 17:00-dək küçəyə çıxmamaq lazımdır. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə, baş örtüyündən və ya çətirdən istifadə etmək, kölgəli yerlərdə olmaq, özünüzlə su götürmək tövsiyə olunur”.