logo

İyunun 11-12-də paytaxtda havanın temperaturu normadan 5° yüksək olub

22:48 12-06-2020 | icon 2534
İyunun 11-12-də paytaxtda havanın temperaturu normadan 5° yüksək olub

İyunun 11-12-də paytaxtda havanın temperaturu çox illik norma ilə müqayisədə 5° yüksək olub. Son onillik ərzində bu ayda Bakıda ən yüksək temperatur 2018-ci il iyunun 30-da qeydə alınıb. Belə ki, həmin gün paytaxtda 40° isti müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu yay mövsümündə çox isti dövrlər olacaq və əhali bununla bağlı 2-3 gün qabaqcadan məlumatlandırılacaq.

Qeyd edək ki, iyunun 13-də Bakıda gecə 21-23°, gündüz 38-40° isti olacağı gözlənilir.