logo

Naməlum şəxs sabiq nazir Rəhim Qazıyevi döyüb

19:49 12-06-2020 | icon 2618
Naməlum şəxs sabiq nazir Rəhim Qazıyevi döyüb

Bu gün naməlum şəxs sabiq müdafiə naziri Rəhim Qazıyevə hücun edərək ona xəsarət yetirib.

  YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.Onun sözlərinə görə,  R.Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə Yasamal rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində cinayət işi başlanılıb.

“Bu barədə  faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdırmalar davam etdirilir”,-deyə Elşad Hacıyev bildirib.

Xatırladaq ki, bundan əvvəl, bu ilin fevral ayında  Rəhim Qazıyev keçmiş kürəkəni Ramiz Əzizov tərəfindən döyülüb. O vaxt qeyd edildi ki, R.Qazıyevin qızı Şəbnəm Əzizovdan boşanmaq qərarına gəldikdən sonra, sonucu Qazıyevlər ailəsinin üzvlərinə təcavüz etməyə başlayıb. Hətta ondan əvvəl keçmiş kürəkən Qazıyevin başqa bir qızının avtomobilinin təkərlərini öz evinin qarşısında bıçaqla deşmiş və üstəlik, evlərinə gələrək giriş qapılarını sındırmışdı.