logo

 “ASANxidmət”in 108“Çağrı mərkəzi” 24 saat ərzində zənglər qəbul edəcək

17:55 12-06-2020 | icon 2408
 “ASANxidmət”in 108“Çağrı mərkəzi” 24 saat ərzində zənglər qəbul edəcək

İyunun 14-15-də “ASAN xidmət”in 108 “Çağrı mərkəzi” 24 saat ərzində zənglər qəbul edəcək. Vətəndaşlar 103 təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə, kommunal, lift xidmətləri ilə əlaqəli təşkilatların qaynar xətlərinə düşə bilmədikdə alternativ olaraq 108 “Çağrı mərkəzi”nə zəng vura bilərlər. Zənglər əsasında həmin şəxslər zəruri təşkilatlarla əlaqələndiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 12-də keçirilən brifinqində söyləyib. O deyib ki, həmin günlərdə vətəndaşların xüsusi təxirəsalınmaz hallarla bağlı zəng edib məlumat verəcəkləri yerlər yoxdursa, 108-ə zəng edə bilərlər: “Nümunə üçün deyə bilərəm ki, kiminsə yaşlı valideyni tək yaşayırsa, onunla zəng vurub əlaqə saxlamaq qeyri-mümkündürsə, o zaman həmin şəxslər 108-ə zəng vurub nə etməli olduqlarını öyrənə bilərlər. Bildiyimiz kimi, həmin günlərdə bütün növ sahələr üzrə xidmətlər dayandırılacaq. Fəaliyyətinə icazə verilən əməkdaşların nəqliyyat vasitələrində yolda olarkən nasazlıq yaranarsa, qəza baş verərsə, onlar 108 “Çağrı mərkəzi”nə zəng edə bilərlər. Biz aldığımız məlumat