logo

Azərbaycanda daha 336 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

17:29 12-06-2020 | icon 2205
Azərbaycanda daha 336 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 336 yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında məlumat verilib.Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib. Aktiv xəstə sayı 3992 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 368 min 254 test aparılıb. Bugünkü test sayı isə 5600-dür.