logo

TƏBIB:Xalq artisti Teymur Mustafayev "COVID-19"dan ölüb

19:30 11-06-2020 | icon 1960
TƏBIB:Xalq artisti Teymur Mustafayev "COVID-19"dan ölüb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBIB) Teymur Mustafayevin xəstəliyi barədə məlumat yayıb.

TƏBİB-dənYeniAvropa-ya bildirilib ki, iyulun 4-də "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozuntular dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulmuşdur. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicə aparılıb. Həkimlərin səyinə baxmayaraq, iyunun 11-də saat 15:30-da bioloji ölüm qeyd olunub.