logo

Azərbaycanda  daha 352  nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

17:11 11-06-2020 | icon 1890
Azərbaycanda  daha 352  nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

 

Azərbaycanda koronavirus infeksiyasına daha 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib.

O bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Həmçinin ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 362 min 654 test aparılıb.

Y.Qarayevanın sözlərinə görə, son günlər sanitar epidemioloji vəziyyət pisləşib.