logo

Azərbaycanda havanın temperaturu 42°-dək yüksələcək

16:09 11-06-2020 | icon 1918
Azərbaycanda havanın temperaturu 42°-dək yüksələcək

İyunun 13-14-də respublikanın bəzi ərazilərində havanın temperaturu yüksələcək.

Milli Hidrometeorologiya Xidmətdən YeniAvropa-ya bildiriblər ki, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40°, Mərkəzi Aran rayonlarında isə 42°-dək isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, iyunun 13 və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40°-dək yüksəlməsi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

İyunun 11-i axşamdan iyunun 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.