Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər.
YeniAvropa xəbər verir ki, polis şöbəsinin əməliyyat üzrə rəis müavini İlham Kərimov, xidmət üzrə rəis müavini Cabir Ələsgərov, şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.
Qeyd edək ki, bir müddət əvvəl daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Elsəvər Aslanov Şəmkir rayonun sabiq İcra Hakimiyyəti başçısı Aslan Aslanovun qardaşıdır.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.