Hesablama Palatası Vüqar Səfərlidən 400 səhifəlik materialı Baş prokurorluğa göndərdi
Hesablama Palatası(HP) Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib.
YeniAvropa xəbər verir ki, bu barədə HP-dan bildirib.
Hesabatda KİV DF-nin vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması və s. məsəllər öz əksini tapıb.
Xatırladaq ki, KİVDF uzun illər Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kurasiyasında olub. 2017-ci ildə KİV DF-nin Müşahidə Şurasının bütn üzvləri Əli Həsənovun yaxın adamları təyin edilib. Bütün bu illər ərzində Fondun fəaliyyəti kəskin tənqid olunub. Fond Əli Həsənovla əlaqəli aztirajlı qəzetlərə dövlət dəstəyi verməkdə, eləcə də jurnalistlər üçün mənzillərin tikilməsində və paylanmasında qanun pozuntularına yol verilməsində ittiham olunub. Jurnalistlər üçün tikilən 2-ci binada iş stajı 10 il tələb edildiyi halda, hətta 25 yaşlı "jurnalist" belə mənzil alıb.
Hökumətdəki mənbədən "Report"a bildirilib ki, KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.
Qeyd edək ki, prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin icraçı direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib.