İyunun 11-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən 217 Azərbaycan vətəndaşı çarter reysi ilə Nyu-Yorkdan Bakıya gətirilib.
AZAL-dan YeniAvropa-ya a bildirilib ki, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri karantinə yerləşdiriliblər. Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.