Bakıda 60 yaşlı kişi özünə bıçaq xəsarəti yetirib.
YeniAvropa xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 4-cü mikrorayonda yaşayan 1960-cı il təvəllüdlü Niftullayev Eyyub Əliheydər oğlu döş qəfəsinə bıçaq zərbələri endirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, E.Niftullayev xərçəng xəstəliyindən əziyyət çəkirmiş.