logo

Azərbaycanda koronavirusdan ölənlərin sayı 100-ü ötdü

19:49 10-06-2020 | icon 2184
Azərbaycanda koronavirusdan ölənlərin sayı 100-ü ötdü
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
 
 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda bildirilir ki, bu günədək ölkədə ümumilikdə 8 530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3 708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.