Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib. Aktiv xəstə sayı 3708 nəfərdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 min 32 test aparılıb. Bugünkü test sayı isə 6832-dir.