Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Abdullayev Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, şəxsi axtarış zamanı ondan marixuana götürülüb. Onun rayon ərazisindəki yarımtikililərin birində gizlətdiyi 6 kiloqram 733 qram marixuana da aşkar edilib.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Atakişiyev isə Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb. Şəxsi axtarış zamanı ondan 485 qram marixuana götürülüb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.