Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qaraməmmədli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildiriblər ki, tədbir zamanı çəkisi isə 1 ton 300 kiloqramdan artıq 3342 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.